- Fanat
- 01:57
- 1 105
“Beşiktaş” və “Qalatasaray” yenidən qarşı-qarşıya - HƏDƏF GEDSON FERNANDES
Transfer dövrünün canlanması ilə Beşiktaş və Galatasaray ulduz futbolçu Gedson Fernandes uğrunda yarışa başlayıb.
“Beşiktaş”dan ilk addım
Orta sahəyə dinamika və enerji qatmaq istəyən Beşiktaş keçmiş futbolçusunu yenidən komandaya qaytarmaq üçün danışıqlara start verib.
Spartak Moskvada xoşbəxt olmadığı və komandadan ayrılmaq istədiyi bildirilən 27 yaşlı yarımmüdafiəçi üçün klub rəhbərliyi ilkin təmaslar qurub.
Məlumata görə, klub prezidenti Serdal Adalı və rəhbərlik futbolçunun transfer şərtlərini öyrənmək üçün rəsmi addımlar atmağa başlayıb.
“Qalatasaray” da yarışdadır
Bu transferdə “Beşiktaş”ın qarşısına ənənəvi rəqibi Galatasaray çıxıb.
Orta sahə üçün gücləndirmə axtaran sarı-qırmızılı klubun da Gedson Fernandesi transfer siyahısının üst sıralarına əlavə etdiyi bildirilib.
Klub rəhbərliyinin futbolçunun vəziyyətini yaxından izlədiyi və transfer üçün uyğun məqam gözlədiyi qeyd olunur.
Türkiyəyə qayıtmağa isti yanaşır
Həm Beşiktaş, həm də Galatasaray forması geyinmiş Gedson Fernandesin də yenidən Türkiyə Super Liqasına qayıtmağa müsbət yanaşdığı vurğulanıb.
Hazırda bazar dəyəri təxminən 18 milyon avro olan portuqaliyalı futbolçunun Rusiya klubu ilə daha 3 illik müqaviləsi var.
Gedson bu mövsüm 36 rəsmi matçda meydana çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mövsüm,
AzNews.az