- Paytaxt
- 21:54
- 374
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq.
Aznews.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816 milyon manat olacaq. Bu, 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud 1,1 faiz çoxdur.
Qeyd edək ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 717 milyon 581 min 860 manat olub.