- İşin içi
- 20:45
- 421
BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb
Bu ilin I yarısında BƏƏ-dən Azərbaycana fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələri 23,262 milyon ABŞ dolları təşkil edib.
Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % və yaxud 4,717 milyon ABŞ dolları çoxdur.
Yanvar-iyun aylarında ölkəyə daxil olan pul baratlarında BƏƏ-nin payı 3,1 % təşkil edib.
6 ayda Azərbaycandan isə BƏƏ-yə pul köçürmələri illik müqayisədə 24,4 % azalaraq 8,48 milyon ABŞ dollarına düşüb.
Hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələri 748,464 milyon ABŞ dolları (+40,2 %), Azərbaycandan xarici ölkələrə pul köçürmələri isə 207,878 milyon ABŞ dolları (-12,7 %) təşkil edib.