- Hadisə
- 19:02
- 1 405
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirildi
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.
Aznews.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb.
Hadisə Corat bağları ərazisində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü Qasımova Ramilə Əvdil qızı həyat yoldaşı, 1959-cu il təvəllüdlü Qasımov Nizaməddin Davud oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.