Vladimir Putin Qazaxıstana dövlət səfərinə gəlib

Vladimir Putin dövlət səfəri ilə Qazaxıstana gəlib. Rusiya liderinin təyyarəsi Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş edib.

Putini hava limanında şəxsən Kasım-Jomart Tokayev fəxri qarovulun müşayiəti ilə qarşılayıb. Daha sonra liderlər Tokayevin iqamətgahına yollanıblar.

Görüş zamanı tərəflərin siyasi, ticarət-iqtisadi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəyi bildirilib.

Liderlər həmçinin mədəni-humanitar əməkdaşlıq, regional və beynəlxalq gündəmdəki aktual məsələlər, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində gələcək fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.

Mövsüm,

AzNews.az