Rusiyadan Finlandiyaya təhdid: Dronların uçmasına icazə verməyin!!!

Rusiya Finlandiyanın hava məkanının Ukrayna pilotsuz uçuş aparatları tərəfindən istifadəsinə icazə verilməsinin nəticələrini anladığını hesab edir.

Bu barədə Rusiyanın Helsinkidəki səfirliyi “İzvestiya” nəşrinə açıqlamasında bildirib.

Səfirlikdən verilən məlumata görə, belə addımların ciddi nəticələri ola bilər.

Açıqlamada Finlandiyanın müdafiə naziri Antti Hakkanenin “Finlandiya hava məkanından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə tamamilə qadağandır” sözlərinə də diqqət çəkilib.

Rusiya tərəfi əlavə edib ki, Finlandiya siyasi rəhbərliyinin nümayəndələri bu mesajları dəfələrlə “ukraynalı dostlarının” diqqətinə çatdırıblar.

Mövsüm,

AzNews.az