Ramiz Zeynalov təqaüdə çıxır. DYP-nin yeni rəisi kim olacaq?

Azərbaycanın xidmətdə olan ən yaşlı generalı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov təqaüdə çıxmaq istəyir.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, bu günlərdə 75 yaşını tamamlayan general təqaüdə yollanması üçün raport yazıb.

Ramiz Zeynalov öz raportunda dövlətin ona olan etimadını yüksək dəyərləndirərək, yaşının və səhhətinin nəzərə alınmasını xahiş edib.

Bəs, Ramiz Zeynalov vəzifəsindən gedərsə, onu kim əvəzləyəcək?

Hələlik bu barədə konkret adlar çəkilmir. Lakin ehtimal etmək olar ki, onu əvəzləyəcək şəxs general rütbəsində olacaq.

AzNews.az