İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün müsabiqəyə sənəd qəbulu başa çatıb - NAMİZƏDLƏR

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu bu gün saat 18:00-da başa çatıb.

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin elan etdiyi müsabiqə şərtlərinə görə, namizədlər Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olmalıdırlar. Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs, həmçinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər namizəd ola bilməzlər.

Baş direktor səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. Baş direktor seçilə bilmək üçün Yayım Şurasının 8 üzvündən 6-nın səsinin alınması lazımdır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Audiovizual Şuraya təqdim edib:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu

2. Əzimov Tural Qürbət oğlu

3. Məmmədzadə Tural Sahib oğlu

4. Qulamov Arzu Aydın oğlu
5. Baxşıyeva İlhamə Rafiq qızı

6. Məmmədov Fikrət Alı oğlu

7. Qasımov Balakişi Ələkbər oğlu

8. Şahsuvarov Taleh Novruz oğlu

9. Nağıyev Anar Əlişah oğlu

10. Əliyeva İlahə Xudu qızı

11. Cəfərov Əli Sucəddin oğlu

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaqdır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

AzNews.az