- İntellektual baxış
- 23 İyun 22:56
- 2 853
Professor Əmir Əliyev daha bir uğura imza atdı
Bakı Dövlət Universitetinin (BDU) “Azərbaycan hüquq jurnalı” iyunun 22-dən etibarən Avropa humanitar və sosial elmlər sahəsində tanınmış elmi indeks bazalarından biri olan erih+ (ERIH PLUS) tərəfindən indekslənən elmi jurnallar siyahısına daxil edilib.
Jurnalda hüquq elminin müxtəlif sahələri üzrə elmi yeniliyi, aktuallığı, nəzəri və praktiki əhəmiyyəti, eləcə də milli və beynəlxalq hüquqi sistemlərin inkişafına töhfə verən elmi məqalələr dərc edilir.
“Azərbaycan hüquq jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.
Erih+ (ERIH PLUS) bazasına daxil edilməsi jurnalın beynəlxalq elmi nüfuzunun daha da yüksəlməsinə, eləcə də Azərbaycan hüquq elminin beynəlxalq elmi məkana inteqrasiyasına imkan verəcək.
Xatırladaq ki, jurnalın baş redaktoru hüquq elmləri doktoru, professor Əmir Əliyevdir.
AzNews.az