- Hadisə
- 20:54
- 895
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olmuşdur", - məlumatda bildirilib.