- Qayıdış
- 19:05
- 914
Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri martın 16-da Hadrut məscidini ziyarət ediblər.
Bu barədə Əlaqələndirmə Qərargahından bildirilib.
Qeyd edək ki, bu gün Xocavənd rayonunda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
AzNews.az