- Toplum
- 3 İyun 22:30
- 808
Kəmalə Günəşli qızının işlədiyi yeri açıqladı: "Heç kəs bilmir ki, o, mənim qızımdır"
Tanınmış müğənni Kəmalə Günəşli övladlarının sahib olduqları sənəti və iş yerlərini açıqlayıb.
Aznews.az sosial şəbəkəyə istinadən xəbər verir ki, sənətçi qızının dırnaq ustası kimi fəaliyyət göstərdiyini, oğlunun isə bərbərlik etdiyini söyləyib.
Qızının sosial şəbəkədəki səhifə adı ilə maraqlanan tamaşaçıya isə "neyləyirsiniz qızımın səhifə adını", deyə bildirib. "Mən qızımı hər kəsdən gizlədirəm, qoruyuram".
Müğənni əlavə edib: Mənim qızım da, oğlum da işləyir. Səhər çıxıb axşam gəlirlər. Onlara işləməklərini, öz ayaqları üstündə durmaqlarını tövsiyyə etmişəm. "Mən bu gün varam, sabah yox. Odur ki, qoy işləsinlər. Mən də əlimdən gəldiyi qədər köməklik edərəm".
Sənətçi uşaqlarının hər ikisinin salonda çalışdığını dilə gətirib.
"Amma dırnaq ustası olduğu gözəllik salonunda onun mənim qızım olduğunu heç kəs bilmir. Qızımı qoruyuram, icazə vermirəm ki, kiməsə bunu desin".
"Heç qızım da şan-şöhrət həvəskarı deyil, özü də bilən olmasa, deməz ki, mən filankəsin qızıyam".
AzNews.az