Bred Kuper: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edir

ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə davam edir, həm boğazda, həm də onun ətrafındakı hədəflərə zərbələr endirir.

Aznews.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper sosial şəbəkədə videomüraciətində bəyan edib.

"Biz Hörmüz boğazında və onun ətrafında gəmiçiliyə təhlükə yaradan İranın hərbi imkanlarını zəiflətməyə davam edəcəyik. İrəliləyişimiz sabit olaraq qalır və düşmənə qarşı sayıqlığımızı qoruyuruq", - o qeyd edib.

AzNews.az