- Rusiya və İran
- 6 Mart 16:07
- 21 871
İran Təbrizə daxili qoşunlar yeritdi: İlham Əliyevə xalq dəstəyindən qorxur! - TƏCİLİ
Dünən axşamdan başlayaraq Təbriz şəhərinin müxtəlif bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilib, mərkəzi küçələr və meydanlarda yeni postlar qurulub, şəxsi avtomobillərin sürücülərinin sənədləri yoxlanılır.
AzNews.az bildirir ki, bu bardə Günaz TV-ə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, xüsusən şəhərin mərkəzi küçələri və qərb bölgəsinə çox saylı hökumət məmuru və texnika cəlb olunub.
Bunun dünən İranın Naxçıvana dron hücumundan sonra Prezident İlham Əliyevin çıxışı ilə bağlı olduğu bildirilir.
Qeyd olunub ki, İran hökuməti təbrizlilərin rejimə qarşı aksiyalar keçirməsindən ehtiyat etdiyi üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
Eyni halda ikisi tanınmış media fəalı olmaqla, bir neçə mədəni və milli fəalın təhlükəsizlik idarəsinə çağııldığı bildirilib.
AzNews.az