İsrail qarışdı: yüzlərlə nəfər küçələrə çıxdı, polis müdaxilə etdi!

İsrailin Kanal 12 televiziya kanalının xəbərinə görə, Qərbi Qüdsə gedişi təmin edən körpüdə toplaşan hərbi xidmətə qarşı yüzlərlə ultra-pravoslav yəhudi (Haredi) körpünü bir müddət bağlayıb.

Etirazçılar hərbi xidmətdən yayınan Haredilərin İsrail polisi tərəfindən saxlanılmasına etiraz ediblər.

Etiraz aksiyaları keçirildi

Haredilər ölkədə hərbi xidmətdən yayınanlara qarşı saxlanma əməliyyatlarının bu həftə yenidən başlamasından sonra bir çox şəhərdə etiraz aksiyaları təşkil ediblər.

Toqquşma baş verdi

Dünən Qərbi Qüdsdəki Golda Meir qovşağında yolu bağlamağa çalışan yüzlərlə Haredi etirazçı ilə polis arasında toqquşma yaşanıb.

Digər tərəfdən, Aşkelon şəhərində Haredi tələbələrin saxlanılmasına etiraz etmək üçün toplaşan yüzlərlə nümayişçi hərbi polis komandanı briqada generalı Yuval Yaminin evinin divarından aşaraq həyətə daxil olub.

“Əsgər sayında ciddi çatışmazlıq var”

İsrail Baş Qərargah rəisi Eyal Zamir mart ayında verdiyi açıqlamada bildirib ki, orduda ciddi əsgər çatışmazlığı var və Haredilərin hərbi xidmətə cəlb olunmaması ordunun imkanlarına mənfi təsir göstərir.

Hərbi xidmət etmək istəmirlər

Təxminən 10 milyon əhalisi olan İsraildə Haredilər ümumi əhalinin təxminən 13 faizini təşkil edir.

Onlar dini təhsil səbəbilə hərbi xidmət keçməkdən imtina edirlər.

Mövsüm,

AzNews.az