Nazir: Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir

Fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır.

Aznews.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV, ARB TV və AZƏRTAC-a müsahibəsində deyib.

Nazir qeyd edib ki, beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir:

"Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur. Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır".