Şahvələd Çobanoğlu prokurorluğa çağırıldı

Dekabrın 23-də jurnalist Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağrılıb.


Bu haqda AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. Jurnalistin sözlərinə görə, ondan QHT-lərə qarşı aparılan cinayət işi çərçivəsində ifadə alınıb:

"Adı bilinməyən, bizə yalnız nömrəsi deyilən, vətəndaş cəmiyyətinə və QHT-lərə qarşı aparılan cinayət işinin çərçivəsində ifadə verdim. Mövzu mənim hesabıma köçürülən pullar barədə idi. Köçürülmə isə nəşri çoxdan dayanmış "Fərqli Düşüncə" dərgisinin çapı və yayımı ilə bağlı olub. Hər şey qanuni və şəffafdır. Bunlar axırını nəyə yönəldəcəklər, özləri bilərlər. Mən bütün hallarda "Fərlqi Düşüncə"yə görə yox, fərqli düşündüyümə görə ittiham oluna bilərəm".

AzNews.az