İstifadəçilərin 13 faizi öz “YouTube” hesabına daxil ola bilmir İstifadəçilərin 13 faizi öz “YouTube” hesabına daxil ola bilmir

“YouTube”un işində problem yarandı

İstifadəçilərin 13 faizi öz “YouTube” hesabına daxil ola bilmir

Dünyanın dörd bucağından olan “YouTube” istifadəçiləri videoservisin işində problemlərin yarandığından şikayət edir.

“Downdetector” xidmətinin məlumatına görə, pozuntular Rusiya, ABŞ, Yaponiya, Avropa ölkələrində müşahidə olunur.

“YouTube” istifadəçilərinin bir çoxu axtarış sistemində pozuntunun yarandığını, həmçinin, videonun görüntülənməsi ilə bağlı çətinliklərin yaşandığını bildirib.

Ümumilikdə istifadəçilərin 13 faizi öz “YouTube” hesabına daxil ola bilmir.(oxu.az)

AzNews.az