Bu, sizi izləyənlər üçün tətbiq olunmayacaq Bu, sizi izləyənlər üçün tətbiq olunmayacaq

"Instagram"dan çoxdan gözlənilən yenilik

Bu, sizi izləyənlər üçün tətbiq olunmayacaq

“Instagram” alqoritm məsələsində bir çox yenilik gətirir. Əsas səhifə düzümünü bəzi alqoritmlərə görə nizamlayan “Instagram” yeni özəlliyi ilə izləyiciləri də müəyyən bir qaydada sıralayacaq.

İzlədikləriniz arasında istəmədiyiniz, xatırlamadığınız ya da sizi izləməyən şəxsləri tapmaq uzun zaman alır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, artıq bu şəxsləri müəyyən etmək asanlaşacaq. Ən az ünsiyyət qurduğunuz şəxslər ya da əsas səhifənizdə ən çox görünənlər kimi əlavə kateqoriyalar olacaq.

Beləcə izləmək istəmədiyiniz şəxsləri tək-tək axtarmaq yerinə bir klikləmə ilə hamısına baxa biləcəksiniz.

Lakin bu siyahıyaalmanı sadəcə izlədiyiniz şəxslər arasında apara biləcəksiniz. Bu, sizi izləyənlər üçün tətbiq olunmayacaq.

Səidə Vahid

AzNews.az

image description