Füzuli-Şuşa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib Füzuli-Şuşa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib

Zəfər yolu 3 günə minalardan tam təmizlənəcək - Rəsmi

Füzuli-Şuşa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib

İndiyədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb.

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 10 kilometr uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Füzuli-Şuşa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib:

“Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Buraya dəmir yolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Ağdam dəmiryolu xətti, Füzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən, Füzuli-Şuşa avtomobil yolunun təmizlənməsi davam etdirilir. İki-üç gün ərzində “Zəfər yolu” tam təmizlənərək təhvil veriləcək”.