Akademik Akif Əlizadə sərəncam imzalayıb Akademik Akif Əlizadə sərəncam imzalayıb

AMEA Rəyasət Heyəti aparatında təyinat olub

Akademik Akif Əlizadə sərəncam imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbərinin müavini vəzifəsinə təyinat olub.

Akademiyaya istinadən verilən xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, bu vəzifəyə fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təyin edilib.

S. Süleymanov daha öncə SETM-ın 1 nömrəli elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. (ONA)