Faklta bağlı araşdırma aparılır Faklta bağlı araşdırma aparılır
  • Mahal
  • 23 Oktyabr 2019 23:06
  •  2 335

Ağır qəzada üç nəfər yaralandı - Biri azyaşlıdır

Faklta bağlı araşdırma aparılır

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, iki minik maşınının toqquşması nəticəsində 3 nəfər - 1990-cı il təvəllüdlü Zülfiqarov Natiq Nəbi oğlu, 2016-cı il təvəllüdlü Zülfiqarova Səma Natiq qızı və 1993-cü il təvəllüdlü Musayev Rüfət Yaşar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qalır.

Qəzaya səbəb kimi avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməmısi göstərilir. Faklta bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az