Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz
  • Mahal
  • 18 May 2021 18:32
  •  5 520

AzTV-nin verilişi Laçından yayımlanacaq - VİDEO

Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz

AzTV-nin “Əsas məsələ” proqramının 18 may buraxılışı Laçın rayonundan yayımlanacaq.

Aznews.az xəbər verir ki, TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Laçının 1992-ci ildə işğalının və 2020-ci ildə azad edilməsinin təfərrüatı müqayisəli təhlil edilib, verilişin qonaqları işğaldan azad olunan rayonda görüləcək işlər barədə müzakirələr aparıblar.

Laçının Güləbird kəndində aparılmış çəkilişlər zamanı xatırladılıb ki, elə burada da “Ağıllı kənd” layihəsi icra olunacaq.

Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin bu günü – 18 may tarixində Ermənistan tərəfindən işğal olunmuşdu.

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu yenidən Azərbaycanın nəzarəti altına keçib.