Aşağı Gödəkli, Aşağı Qarasaqqal, Aşağı Pürülü Aşağı Gödəkli, Aşağı Qarasaqqal, Aşağı Pürülü
  • Mahal
  • 2 Noyabr 2021 15:47
  •  13 538

Zəngəzur toponimləri

Aşağı Gödəkli, Aşağı Qarasaqqal, Aşağı Pürülü

Əvvəli burada

Aşağı Gödəkli - Qafan rayonunda kənd adı. Gödəkli (sonra Yuxarı Gödəkli) kəndindən yaranmış məntəqədir. Qafan şəhərindən 10 km. şərqdə, Gorus-Qafan avtomobil yolunun sol tərəfində yerləşirdi. Kənddə 1886- ci ildə 123, 1986-ci ildə 206 nəfər azarbaycanlı əhali yaşamışdır. Kənd 1918-ci ildə dağıdılıb-yandırılmışdır. Əhalisi Qubadlı və Zəngilan rayonlarına qovulmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq kəndi bərpa etmiş, 1988-ci ildə kənd əhalisi yenidən Azər baycana qovulmuşdur. Toponim oğuz xələcələrinin gödəkli tirəsinin burada məskunlaşması ilə bağlı yaranmışdır. Qubadlı, Beyleqan, rayonlarındakı Gödəklər və Xaç maz rayonundakı Gödəkli kəndləri ilə eyni mənalı toponimdir.

Aşağı Qarasaqqal - Laçın rayonunda kənd. Qozlu qayanın sahilində, Kürd hacı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, ra- yonun 60 km-da, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Kəndi şimal-qərbdə Ərikli , cənubda Korcabulaq , qərbdə Yuxarı Qarasaqqal, şərqdə Keşik dağları ilə qonşudur. Kənddə işğala qədər (1992) 10 ev, 40 nəfər əhali olmuşdur. Kənddə Niftakinin güneyi, Çöpün yeri, Şirəkar, Qasımın kalafası , Çoban boğulan və s. yer adları vardır. Yerli sakinlərin verdiyi məlumata görə, kəndin adı qarasaqqallar tayfasının adı ilə bağlıdır.

Aşağı Pürülü - Qafan rayonunda kənd adı. Pürülü kəndindən yaranmış məntəqədir. Başqa adı kənd Pü­rülü. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Geğavənk adlandırılmışdır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013