• Mahal
  • 26 Oktyabr 15:05
  •  2 437

Zəngəzur toponimləri

Aşağı Cicimli, Aşağı Craxor, Aşağı Fərəxan

Əvvəli burada

Aşağı Cicimli - Laçın rayonunda kənd. Kənd Mirhəsən yazısı ilə Ağ düzün arasında dərənin işində, Həkəri çayından sağda Ağsu çayının yaxınlığında yerləşirdi. Cicimli kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 35 km-də, dəniz səviyyəsindən 1275 m hündürlükdə, Laçın-Bakı şose yolundan 6 km solda yerləşir. 55 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Aşağı Cicimli kəndi rayonun Qazıdərə , Cicimli və Gorus rayonunun Kornidzor kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) orta maktət, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 23 ev, 172 nəfər əhali olmuşdur. Aşağı Cicimli kəndində Kəbirli , Kollu, Kiçik dərələi, Qoşa Qaraqaya, Şiş Qaraqaya, Üçlərin yalı, Harayin yalı, Haça daş, Muncuqçixan, Dəvəboynu, Səlbi oğlunun bulağı, Cəlilin bulağı, Hofuzlu bulaq, Qalabulaq, Ağsu çayı, Şırnıxı çayı, Duzbağ, Ağdız, Orta yer, Kəbirli, Uzun yer duzu, Dəvəboynu təpəsi və s. mikrotoponimlər vardır. Kənddə Təkgünbəz kurqan və Seyid Əhməd ağanın ocağı kimi məbəd abidələri var idi. Yerli əhalinin verdiyi məlumata görə, kəndin adı Ağalıq olub. Kənd şuşalı Əsəd beyin torpaqları olub. Sonralar Cicimli kəndinə yaxın olduğu üçün Aşağı Cicimli adlanıb. Sakinlər kəndin yaxınlığında olan qədim Tək günbəz kurqana istinad edərək kəndin təqribən VII əsrdə bünövrəsinin qoyulmasını iddia edirlər.

Aşağı Craxor - Qafan rayonunda kənd adı. 1933-ci ildə Craxor su elektrik stansiyasının tikintisi ile əlaqədar olaraq yaranmış kənddir. Azarbaycanlılar ermənilərlə qarışıq yaşamişlar. Türk dillərində "mineral bulaq" və “çəmənlik" sözlərindən ibarətdir. Sonralar Zavod qəsəbəsi adlanırdı. Şəhərçik sovetliyinin tərkibində idi. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar. Aşağı Fərəcan - Laçın rayonunda kənd Qarabag silsiləsinin ətəyindədir. Aşağı Fərəcan kənd inzibati ərazi dairasinin mərkəzində. Kənd rayon mərkəzindən cənubda, rayonun 45 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Aşağı Fərəcan kəndi Türklər, Səfiyan, Xanallar, Suarası, Yuxarı Fərəcan və cənubdan Qubadli rayonun Əliyanlı kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) orta məktəb , klub, kitabxana, tibb məntəqəsi, mağaza , poçt, inzibati bina və digər sosial obyektler var idi. 57 ev, 230 nəfər əhali olmuşdur. Aşağı Farcan kəndində Ocaq təpəsi , Quş yuvası dağı, Səllik dağı , Pirin yani, Molla Gədik düzü, Xoş Gədiyin düzü, Eyvaz kəndi (köhnə kənd yeri) vəs. yer adları vardir. Kənddə XV əsrə aid Alban məbədgahı vardır. Yaşayış məntəqəsi XIX əsrdə salınmışdır. Keçmiş adı Haraldır. 1954-cü ildə adı dəyişdirilərək Aşağı Fərəcan (qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün) adlandırılmışdır. Kənd sakinlərinin dediyinə görə, Fərəcan kəndini Səfiyan kəndindən köçmüş Fərəc adlı şəxs salmışdır. Kənd əvvəllər Fərəc, sonra isə Fərəcan adlanmışdır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013