UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb

Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

Aznews.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.