- Fanat
- 20:27
- 790
Azərbaycanın U-20 millisi Moldovaya uduzub
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Aznews.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.