- Fanat
- 15:24
- 860
Rüstəm Orucov: Bakıdakı dünya çempionatında iki qızıl medal qazana bilərik
Azərbaycan cüdoçuları Bakıda keçiriləcək dünya çempionatında iki qızıl medal qazana bilərlər.
Aznews.az xəbər verir ki, bu barədə jurnalistlərə sabiq cüdoçu Rüstəm Orucov açıqlama verib.
Hazırda Avropa Cüdo Birliyinin idman komissiarı olan mütəxəssis Bakıda keçiriləcək yarışla bağlı fikirlərini bölüşüb:
"Püşkatma Azərbaycan idmançıları üçün pis keçmədi. Yalnız komanda yarışında ikinci görüşdə Yaponiya seçməsi ilə üz-üzə gələ bilərik. Bütün cüdoçularımızdan medal gözləyirəm. Dünya çempionatında rekordu təkrarlaya və iki qızıl medal qazana bilərik".
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.