- Dünyanın halı
- 3 Oktyabr 23:59
- 1 591
İspaniyada etiraz aksiyaları keçirilir, Valensiyada 9 polis xəsarət alıb
İspaniyanın bir sıra şəhərlərində mənzil böhranı səbəbindən etiraz aksiyaları keçirilir.
Aznews.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Madriddə aksiyaya təxminən 70 min insan qoşulub. Onlar Madrid meriyasının yerləşdiyi mərkəzi meydanlardan birinə qədər yürüş ediblər.
Valensiyada dörd qrup tərəfindən təşkil olunan yürüş səhər saatlarında Porta-de-la-Mar qapılarından başlayıb və daşınmaz əmlak, investisiya, sahibkarlıq və liderlik sektorundan olan mütəxəssislərin iştirakı ilə "Valensiya daşınmaz əmlak sammiti 2026" görüşünün keçirildiyi İncəsənət Sarayına qədər davam edib. Yürüş polis və etirazçılar arasında toqquşmalarla başa çatıb. Asayiş keşikçiləri etirazçıları dağıtmaq üçün güc tətbiq etmək məcburiyyətində qalıblar. Nümayişin sonunda baş verən toqquşmalar nəticəsində Milli Polisin 9 əməkdaşı xəsarət alıb.