Tokayev 2 nazir müavini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifədən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın müdafiə nazirinin 2 müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifədən azad edib.

Aznews.az xəbər verir ki, bu barədə Akordadan bildirilib.

Prezidentin mətbuat xidmətindən vurğulayıblar ki, dövlət başçısı bir sıra sərəncam imzalayıb. Sərəncamlara əsasən, Kanış Abubakirov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi; Almaz Cumakeyev müdafiə nazirinin müavini; Kanat Niyazbekov isə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib.

Qeyd edək ki, sentyabrın 24-də keçirilən təlimlər zamanı 17 hərbçi açıq dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14 nəfər isə həlak olub.