Qırğızıstanın ilk milli peyki kosmosa buraxılıb

Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzinin yaydığı açıqlamaya görə, tarixi buraxılış mərasimində ABŞ-də işgüzar səfərdə olan Prezident Sadır Japarov da iştirak edib.

Kənd təsərrüfatı və ətraf mühit izləniləcək

Qırğızıstanın ilk milli peykinin ölkə iqtisadiyyatı ilə yanaşı, ətraf mühitin monitorinqində də mühüm vəzifələri yerinə yetirməsi planlaşdırılır.

Yüksək ayırdetmə qabiliyyətinə malik optik sensorlarla təchiz edilən peyk vasitəsilə kənd təsərrüfatı sahələrinin və otlaqların vəziyyəti, quraqlıq riski, eləcə də kənd təsərrüfatı məhsullarının məhsuldarlığı izləniləcək.

Peyk həmçinin Qırğızıstan üçün mühüm əhəmiyyət daşıyan buzlaqların, su ehtiyatlarının və çaylarda baş verən dəyişikliklərin monitorinqinə töhfə verəcək.

Təbii fəlakət riskləri izləniləcək

Peykdən əldə ediləcək məlumatlardan ətraf mühitdəki dəyişikliklərin izlənilməsi və təbii fəlakət risklərinin əvvəlcədən müəyyənləşdirilməsi məqsədilə də istifadə olunacaq.

Peykin idarə edilməsi və əldə edilən məlumatların emalı paytaxt Bişkekdə yaradılmış Yerüstü Nəzarət Mərkəzi vasitəsilə həyata keçiriləcək.

Mövsüm,

AzNews.az