Klub prezidenti güllələnərək öldürüldü

Bolqarıstanın “Botev Plovdiv” futbol klubunun prezidenti, biznesmen İliyan Filipov öldürülüb.

AzNews.az xəbər verir ki, bu barədə Bolqarıstanın “NOVA” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 30-na keçən gecə Plovdivdə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları onun öldüyünü müəyyən ediblər.

İlkin məlumata əsasən, Filipov odlu silahdan açılan atəş nəticəsində öldürülüb.