- Dünyanın halı
- 11:35
- 783
Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra dəniz səviyyəsində dəyişikliklərin baş verə biləcəyi bildirilsə də, sunami riskinin olmadığı açıqlanıb.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələ yerli vaxtla saat 14:00-da Yonaquni adası sahillərində qeydə alınıb. Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələ Okinava prefekturasının müxtəlif yerlərində hiss edilib.
Zəlzələ bölgədə qısa müddətli panika yaradıb.