- Qərb
- 11:12
- 926
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
ABŞ Kubaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə sərtləşdirib.
Bu barədə sentyabrın 29-da ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yayıb.
Yeni məhdudiyyətlər sentyabrın 30-dan etibarən ABŞ Prezidenti Donald Trampın ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaradan şəxslərə qarşı sanksiyalarla bağlı sərəncamı çərçivəsində qüvvəyə minir.
Məhdudiyyətlər ABŞ-ın sanksiya siyahısında olan şəxslərin maraqları naminə əməliyyatlar həyata keçirən xarici maliyyə institutlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.
Bundan əlavə, banklara kubalı sahibkarların hesablarını açmaq və onlara xidmət göstərmək birbaşa qadağan edilir. Artıq mövcud olan vəsaitlər isə dərhal dondurulmalıdır.
Bununla yanaşı, Vaşinqton ABŞ bank sistemi üzərindən tranzit ödənişlərin həyata keçirilməsinə verilən icazəni tamamilə ləğv edib.
ABŞ həmçinin Kuba hərbçilərinin və dövlət təhlükəsizlik orqanlarının nəzarətində olan, sanksiya tətbiq edilən təşkilatlar siyahısına daxil edilmiş strukturlarla birbaşa və dolayı hesablaşmaları qadağan edib.
Mövsüm,
AzNews.az