- Qərb
- 15:45
- 1 403
Böyük Britaniyada dizelin qiyməti tarixi maksimuma çatıb
Böyük Britaniyada dizel yanacağının orta qiyməti ABŞ-İran münaqişəsi fonunda tarixi maksimuma çatıb.
AzNews.az xəbər verir ki, bu barədə avtomobil xidmətləri şirkəti RAC məlumat yayıb.
RAC-ın məlumatına əsasən, ölkədə dizel yanacağının 1 litrinin orta qiyməti 1,9918 Britaniya funt sterlinqi təşkil edib. Bu, 2022-ci ilin iyununda qeydə alınmış əvvəlki rekord qiyməti - 1,9909 funt sterlinqi ötüb.
Beləliklə, 55 litrlik çənə malik ailə avtomobilinin yanacaq çəninin tam doldurulması təxminən 110 funt sterlinqə başa gəlir ki, bu da ABŞ-İran münaqişəsinin başlanğıcındakı göstəricidən 31 funt sterlinq çoxdur.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının 28 sentyabr 2026-cı il üçün rəsmi məzənnəsinə əsasən, 1 Britaniya funt sterlinqi 2,2514 manata bərabərdir.