- Qərb
- 19:31
- 1 744
İranın təklif etdiyi razılaşmanı rədd etmişəm - Tramp
ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi razılaşma təklifini rədd etdiyini bildirib.
Aznews.az xəbər verir ki, bunu Tramp jurnalistlərə deyib.
“Onlar təklif irəli sürdülər, amma mən onu rədd etdim”, – Tramp bildirib.
ABŞ Prezidenti İranın Hörmüz boğazını dərhal açmaqla bağlı razılaşma əldə etməyə çalışdığını və bunun İranın ağır vəziyyətə düşməsi ilə əlaqəli olduğunu söyləyib.
“Onlar özlərini saldılr. Dedilər: ‘Gəlin boğazı bağlayaq və dünya üçün problem yaradaq’. Sonra mən gəldim və hərbi tarixdəki ən böyük blokadanı tətbiq etdik”, – Tramp qeyd edib.
Trampın sözlərinə görə, İran Hörmüz boğazını bağlamaq qərarına görə hazırda maliyyə imkanlarını itirib: “İndi onların pulu yoxdur, çünki onlar boğazı bağlamaq istəyirdilər, biz isə onu onların üzünə bağladıq”.