Aİ ölkələri Ukraynaya əlavə 6,6 milyard avro ayrılmasına dair razılığa gəlib

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynaya Avropa Sülh Fondundan əlavə 6,6 milyard avro ayrılmasının şərtlərini razılaşdırıblar.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sentyabrın 25-də bildirib.

“900 milyon avro Aİ-nin Ukraynaya hərbi yardım missiyasına yönəldiləcək. 1 milyard avro yeni birgə texnika satınalmalarının maliyyələşdirilməsinə ayrılacaq. Daha 4,7 milyard avro üzv dövlətlərin xərclərinin kompensasiyası üçün nəzərdə tutulub. Onlardan bəziləri artıq öz paylarını Ukraynaya yönəldəcəklərini açıqlayıblar”, - deyə Kallas “X” sosial şəbəkəsində yazıb.

Ödənişlər tərəfdaş ölkələrin hərbi ehtiyaclarının maliyyələşdirilməsi və müdafiə qabiliyyətlərinin gücləndirilməsi üçün istifadə olunan Avropa Sülh Fondu mexanizmləri çərçivəsində həyata keçiriləcək.

Mövsüm,

AzNews.az