Norveç Arktikada hərbi mövcudluğunu genişləndirir

Norveç Arktika regionunda hərbi mövcudluğunu genişmiqyaslı şəkildə gücləndirməyə başlayıb.

Bu barədə Politico qəzeti ölkənin müdafiə qurumundakı mənbələrə istinadən məlumat yayıb.

Şimal cinahının müdafiəsi gücləndirilir

“NATO-nun şimal cinahını qorumaq üçün Oslo hərbi-dəniz və kəşfiyyat imkanlarını sürətlə gücləndirir. Bu arada, Şpitsbergen yerli hakimiyyəti kritik əhəmiyyət daşıyan infrastruktura investisiya yatırır və hətta təxliyə planı hazırlayıb”, – materialda qeyd olunub.

Hərbi potensialın artırılması çərçivəsində Oslo Böyük Britaniyadan Type-26 layihəli beş freqat, Almaniyadan isə 212CD tipli altı sualtı qayıq alır. Həmçinin dəniz müşahidəsi üçün ixtisaslaşmış peyklər buraxır və NATO üzrə müttəfiqləri ilə mütəmadi birgə təlimlər keçirir.

Bu təlimlərə yaxın vaxtlarda Yan-Mayen adası yaxınlığında keçirilən hərbi manevrlər də daxildir.

Mövsüm,

AzNews.az