Paşinyanın siyasəti Ermənistan-Rusiya münasibətlərini hara aparır?

"Hazırda Ermənistanda baş verən hadisələr ABŞ-nin strateji planının bir elementidir. ABŞ-nin strategiyasına görə, Rusiya ABŞ üçün düşməndir. Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün Rusiyaya yaxın olan, Rusiya ilə sərhədi olan, Rusiyanın maraq dairəsində olan dövlətlərdə demokratiya ideyası altında zaman-zaman dövlət çevrilişləri həyata keçirilib. Biz bunu Gürcüstanda Saakaşvili dövründə, Ukraynada 2014-cü ildə Maydan hərəkatında, hazırda da Ermənistanda şahid olmuşuq. Yəni ABŞ demokratiya ideyası altında ayrı-ayrı dövlətlərdə dövlət çevrilişi edir, özünə münasib olan şəxsi hakimiyyətə gətirir, həmin dövlətdən Rusiyaya qarşı istifadə edir. Hazırda Ermənistanda baş verən hadisələr, dediyim kimi, ABŞ-nin strateji planının bir elementidir. ABŞ Rusiyanın cənub cinahını bağlamaq üçün Cənubi Qafqaz respublikalarını öz təsiri altına salıb Rusiyaya qarşı istifadə etmək istəyir. Paşinyanın da hakimiyyətə gətirilməsi məhz bu baxımdan həyata keçirildi. ABŞ Paşinyanı qarşısına qoyub, gözə soxub hakimiyyətə gətirmir. Paşinyan bir vasitədir. Paşinyan əvvəllər jurnalist olub, ABŞ-nin maraq dairəsində olan bir şəxs olub. ABŞ-nin xüsusi xidmət orqanları Paşinyanı yoxladılar, etibarlılığını müəyyən etdikdən sonra, sorğu-sual və maliyyə dəstəyi ilə, ABŞ-nin diplomatik korpusunun vasitəsilə Paşinyan hakimiyyətə gətirildi. Paşinyanın hakimiyyətə gətirilməsi təsadüfi deyil. Bu, bir ssenari üzərində həyata keçirilən bir layihədir. Paşinyan ABŞ qarşısında, Qərb qarşısında bir öhdəlik götürür və bu öhdəliyi bu illər ərzində uğurla həyata keçirməkdədir. Paşinyanın məqsədi, daha doğrusu, ABŞ qarşısında götürdüyü öhdəlik ondan ibarətdir ki, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, Ermənistanı Rusiya platformalarından uzaqlaşdırmaq, Ermənistanın siyasi kursunu Qərbə yönəltməkdir. Və Paşinyan da bunu illər ərzində həyata keçirməkdədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Moskva ilə İrəvan arasında münasibətlərdə yaranan gərginlik son dövrlərdə daha qabarıq xarakter almağa başlayıb. Ermənistanın siyasi və təhlükəsizlik baxımından yeni istiqamətlərə yönəlməsi Rusiya ilə ənənəvi əlaqələrin zəifləməsi ehtimalını gündəmə gətirir. Tərəflərin bir-birinə qarşı sərt mövqeləri fonunda iki ölkə arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi və bunun Cənubi Qafqazdakı siyasi proseslərə necə təsir göstərəcəyi müzakirə olunur.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanı Rusiyanın təsir dairəsində olan platformalardan da uzaqlaşdırır.

"Biz bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot etməklə şahid olmaqdayıq. Açıq şəkildə Paşinyan bəyan edir ki, Ermənistan Qərbə doğru inteqrasiya edəcək. Yəni Ermənistanın məqsədi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və Ermənistanın gələcək siyasi kursunu Qərbə yönəltməkdir. Paşinyan Avropa Birliyi ilə inteqrasiya etdikdən sonra məqsədi Ermənistanı NATO-ya daxil etməkdir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot etməsi ondan irəli gəlir ki, Ermənistan NATO-ya inteqrasiya edirsə, mütləq şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır. Eyni zamanda 102-ci bazanı Ermənistandan çıxartmalıdır. Aparılan təbliğat da onu göstərir ki, hətta Paşinyanın özü də bəyan etdi ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarırıqsa, o buna çox sevinər. Başqa bir bəyanatında da şahidi oluruq ki, 102-ci bazanı, Rusiya 102-ci bazanı Ermənistandan çıxarırsa, Ermənistan dövləti buna etiraz etməyəcək. Yəni bu, ondan irəli gəlir ki, Paşinyanın strateji məqsədi gələcəkdə NATO birliyinə daxil olmaqdır. Ümumilikdə, Birləşmiş Ştatların erməni sevgisi yoxdur. Birləşmiş Ştatlar ermənilərdən bir vasitə kimi istifadə edərək Rusiyaya qarşı mübarizə aparmaq istəyir. Necə ki, Ukraynadan, necə ki, Gürcüstandan istifadə etdilər və nəticədə də ən böyük ziyanı həmin xalqlar çəkdi. Deməli, bir misalı çəkmək yerinə düşər ki, Amerikanın dostu olmaq da faciədir, düşmən olmaq da faciədir. Xüsusilə də belə bir fikir var ki, Amerikanın düşməni olmaq faciədirsə, dostu olmaq ölümcül faciədir. Ona görə də Birləşmiş Ştatlar, istər Gürcüstanda, istər Ukraynada, istərsə də Ermənistanda bu dövlətlərdən, bu xalqlardan bir alət kimi Rusiyaya qarşı istifadə etmək istəyir. Öz strateji məqsədini həyata keçirmək üçün bu dövlətlərdən həmişə istifadə etmək istəyir. Birləşmiş Ştatların məqsədi Cənubi Qafqazı öz təsirinə salıb Rusiyaya qarşı istifadə etməkdir. Gürcüstanın baş naziri, Gürcüstanın prezidenti açıq şəkildə bəyan etdi ki, Qərb Gürcüstana təzyiq edir ki, Rusiya ilə ikinci cəbhəni açsınlar, yəni Rusiya ilə açıq münaqişəyə girsinlər. Məqsəd Cənubi Qafqazda xaos yaratmaqdır, Rusiyanın cənub cinahını bağlamaqdır. Yəni Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün Rusiya ətrafında olan dövlətləri Rusiyaya qarşı qaldırmaqdır. Nəticədə həmin xalqlar əziyyət çəkəcəkdir. Biz bunu Gürcüstanda şahidi olduq. Saakaşvilini hakimiyyətə gətirdilər, Rusiyaya qarşı istifadə etdilər, nəticədə Gürcüstan öz torpaqlarını itirdi. Zelenskini hakimiyyətə gətirdilər, Rusiya ilə konfrontasiyaya sürüklədilər. Bu gün Ukraynada gedən prosesləri müşahidə edirik. Bu gün Ermənistanın baş naziri Paşinyan da Zelenskinin siyasətini Ermənistanda həyata keçirməkdədir. Dediyim budur ki, Paşinyanın apardığı siyasətlə qlobal güclərin maraqlarını toqquşduraraq regionda gərginlik yaratmaq istəyirlər. Paşinyanın məqsədi, əgər gələcəkdə Avropa Birliyinə daxil olduqdan sonra NATO-ya daxil olmaqdırsa, yəni Qərb özü arxasında dayandıqdan sonra, Azərbaycana qarşı növbəti kampaniyaların şahidi olacağıq. Qərbdə baş verən hadisələri müşahidə etsək, görərik ki, Qərb və Avropa Birliyinin müvafiq qurumlarının Azərbaycana qarşı qərəzli davranışının şahidi olmuşuq. AŞPA-da Azərbaycan əleyhinə müzakirələrin şahidi olmuşuq, Azərbaycan əleyhinə qətnamələrin çıxarılmasının şahidi olmuşuq. Eləcə də Amerikada Konqresdə Azərbaycan əleyhinə çıxarılan qərarların şahidi olmuşuq, 907-ci maddənin qərarı çıxarılaraq Azərbaycana sanksiyaların tətbiq edildiyini görmüşük. Məqsəd, dediyim kimi, Cənubi Qafqazın üç respublikasını öz təsir dairəsinə alıb Rusiyaya qarşı istifadə etməkdir. Və Paşinyan da bu məsələdə bir alətdir. Paşinyan Qərb tərəfindən qızışdırılır, daha doğrusu, dəstək adı altında həvəsləndirilir və açıq şəkildə Rusiyanı münaqişəyə sürükləməkdədir. İndiyə qədər Paşinyanın siyasətinə qarşı Rusiyanın ictimai-siyasi xadimləri, kütləvi informasiya vasitələrində çıxış edirdilərsə, indi artıq Kreml öz rəsmiləri, istər xarici işlər naziri səviyyəsində, istərsə də prezident səviyyəsində Paşinyana qarşı tənqidi fikirlərini səsləndirməkdədirlər və açıq şəkildə Paşinyanı şərt qarşısına qoyurlar ki, masada otura bilməzsə. Hətta Rusiya Prezidenti Putinin açıq fikri ondan ibarət oldu ki, siz seçiminizi edin, siz mövqeyinizi dəyişin, biz də ona uyğun davranaq. Yəni Ermənistan Qərbə inteqrasiya edəcəksə, Rusiya da öz imkanlarından istifadə edərək, təzyiq çəkilərindən istifadə edərək, Ermənistanı dilemma qarşısında qoyacaq və proseslər də onu göstərir. Ermənistana verilən mesajlar, istər kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmaması, istərsə də açıq şəkildə Şimali Qafqazda qaz kəmərində aparılan təmir mesajları da buna sübutdur ki, Ermənistana iqtisadi cəhətdən təzyiqlər, iqtisadi cəhətdən blokada və sanksiyalar tətbiq ediləcəkdir. Bu, Ermənistandakı siyasi hakimiyyətə bir mesajdır ki, mövqeyini dəyişdirsin. Bəli, Paşinyan qarşısında öhdəlik götürüb. Paşinyan Amerikadan gələn təlimatları həyata keçirməyə borcludur. Əks təqdirdə, Amerikanın təlimatlarını həyata keçirməsə, o da Paşinyanın siyasi hakimiyyətindən uzaqlaşdırıla bilər. Çünki Ermənistanda bütün strukturlarda Sorosçular yerləşir. Sorosçular Paşinyanın diktəsi ilə yox, Amerikadan gələn təlimatlara uyğun davranacaqlar. Bu baxımdan Paşinyan da bunu gözəl bilir və Qərbin, daha doğrusu, Amerikanın gələn təlimatlarını həyata keçirməyə məcburdur. Dediyim kimi, AB həm Gürcüstanın, həm Ermənistanın üst xəttini alaraq, o cümlədən Azərbaycana təzyiq mexanizmini Ermənistan üzərindən həyata keçirəcəkdir. Çünki biz bunun indi siqnallarını görməkdəyik. AŞPA-da müzakirə olunan məsələlər, AB-yə erməni yönümlü konqresmenlərin mövqeyinin də, bəyanatlarının da göstərdiyi kimi, Azərbaycana qarşı, məsələn, Ermənistan üzərindən təzyiqlər edilməkdədir. Ayrı-ayrı bəyanatların şahidi də olmaqdayıq. Yəni, dediyim kimi, Paşinyanın apardığı siyasət qlobal güclərin maraqlarını toqquşdurmaqdır və nəticədə Cənubi Qafqazda xaos yaratmaqdır. Ermənistana fərqli olaraq, Azərbaycan regionda balanslaşdırıcı siyasət yeridir və qlobal güclərin maraqlarını uzlaşdıraraq stabillik yaratmaq istəyir. Hətta Ermənistana strateji yüklərin, ərzaq yüklərinin buraxılması, enerjinin, yanacağın verilməsi məhz bundan qaynaqlanır. Bu baxımdan Paşinyan, dediyim kimi, Qərbin maraqları çərçivəsində davrandığına görə regionda xaos siyasətinin səbəbi olacaq addımlar atmaqdadır. Təbii ki, Rusiya öz dövlət və milli maraqlarını nəzərə alaraq Paşinyanın bu cür avantürist siyasətinə biganə qalmayacaqdır. Təbii ki, dediyim kimi, Ermənistanla Rusiya arasında yaranan gərginlik bu və ya digər formada regionda xaos yarada bilər ki, bu da dolayısı ilə region dövlətlərinə, xüsusilə də Azərbaycan və Gürcüstana təsir etməkdə ola bilər. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidentinin bir ideyası olan 3+3 formatı, yəni Cənubi Qafqaz regionunda mövcud problemləri aradan qaldırmaq üçün 3+3 platforması gündəmə gətirilmişdir. Bu ideya ondan irəli gəlir ki, regiondakı problemlərin həllində regiona dövlətlərindən kənar qüvvələrin gəlməsi regionda stabilliyi poza bilər. Buna görə 3+3 formatı regionda mövcud problemlərin həlli və aradan qaldırılması, regionda stabilliyin yaradılması üçün bu ideyanı gündəmə gətirmişdir. Təəssüflər olsun ki, bu ideyanın baş tutmasının qarşısını dolayısı ilə Birləşmiş Ştatlar öz siyasi davranışları ilə almaqdadır. Yəni bu platformanın gündəmə gəlməsi, işlək bir mexanizmə çevrilməməsi dolayısı ilə susunan olaraq, Qərbin fəaliyyəti nəticəsində gündəmə gəldi. Bu baxımdan, dediyim kimi, Paşinyanın apardığı avantürist Qərb siyasəti regionda stabilliyi pozacaq bir siyasətdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az