- Mahal
- 10:20
- 738
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var
Bərdə rayonunda qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.
C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.