Macarıstan hökuməti Ukraynaya silah və qoşun göndərməyəcək

Macarıstanın yeni hökumətinin Ukraynaya silah və qoşun göndərməmək qərarı ölkə daxilində sülhü qorumaq niyyətini əks etdirir.

Bunu Macarıstan Xarici İşlər Nazirliyinin parlament məsələləri üzrə dövlət katibi Dyördy Velkey bildirib.

“Əsgər də, silah da olmayacaq. Macarıstanın marağındadır ki, ölkədə sülh təmin olunsun. Bu, bizim üçün çox vacibdir”, – o, “Bloomberg”ə açıqlamasında deyib.

Macarıstanın Baş naziri Peter Magyar və xarici işlər naziri Anita Orban dəfələrlə bildiriblər ki, ölkənin yeni hökuməti də sələfi kimi Ukraynaya nə silah göndərəcək, nə də Macarıstan qoşunlarının bu ölkəyə göndərilməsinə icazə verəcək.

Mövsüm,

AzNews.az