- Qərb
- 13:11
- 448
Estoniya Rusiya və Belarus taxılının tranzitini qadağan edib
Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitinə qadağa qüvvəyə minib.
Bu barədə ölkənin xarici işlər naziri Marqus Tsahkna məlumat verib.
“Bu gün Estoniya Rusiya və Belarus taxılının ərazimizdən tranzitini qadağan edib”, - deyə XİN rəhbəri “X” sosial şəbəkəsində yazıb.
Tsahkna qadağanın tətbiq ediləcəyi barədə hələ sentyabr ayında xəbərdarlıq etdiyini xatırladıb. Onun sözlərinə görə, artıq bu qərar qanunvericiliklə rəsmiləşdirilib.
Nazir həmçinin bildirib ki, Estoniya Latviya və Litva ilə birlikdə Baltikyanı limanların Rusiya üçün tranzit marşrutu kimi istifadə edilməməsi istiqamətində çalışır.
Mövsüm,
AzNews.az