- İşin içi
- 13:16
- 812
BMW 8 min nəfəri ixtisar etməyə hazırlaşır
Almaniyada iqtisadi problemlər hər keçən gün artır.
Artan enerji qiymətləri, qlobal tədarük zəncirində yaranan fasilələr və Çinli rəqiblərlə sərt rəqabət nəticəsində Almaniyanın avtomobil nəhəngləri işçilərin ixtisarına başlayıb.
Bu çərçivədə BMW şirkətində də yeni qərar qəbul edilib.
Səmərəlilik proqramı başladılıb
BMW iqtisadi təzyiqləri azaltmaq məqsədilə genişmiqyaslı qənaət və əməliyyat səmərəliliyi proqramına başlayıb.
Almaniyanın avtomobil nəhəngi ilk addım olaraq daxiliyanma mühərriklərinin variantlarını azaltmağı, model çeşidini sadələşdirməyi və süni intellekt inteqrasiyası ilə inzibati idarəetmə pillələrini 20 faiz azaltmağı planlaşdırır.
8 min nəfər işdən çıxarılır
Bundan əlavə, şirkət dünya üzrə təxminən 8 min işçiyə təsir edəcəyi gözlənilən könüllü ixtisar proqramını həyata keçirir.
Şirkət xərclərin azaldılmasına yönəlmiş bu siyasətə baxmayaraq, gələcəyə hesablanmış elektrikli avtomobil strategiyasından geri çəkilmir və yeni nəsil elektrikli avtomobil arxitekturası olan “Neue Klasse” layihəsinə investisiyaları davam etdirir.
Mənfəət marjası
Bu çərçivədə Almaniyadakı istehsal müəssisələrinin transformasiyası və yeni nəsil “3 Series” kimi modellər üçün təxminən 2 milyard avroluq dönüşüm büdcəsindən istifadə ediləcək.
BMW bütün bu əməliyyat sadələşdirmələri, işçi sayının azaldılması və səmərəlilik yatırımları nəticəsində 2028-ci ilədək avtomobil bölməsinin əməliyyat mənfəət marjasını (EBIT) mərhələli şəkildə 3-5 faiz aralığına yüksəltməyi hədəfləyir.
Mövsüm,
AzNews.az