- Rusiya və İran
- 13:20
- 927
SEPAH rəsmisi ABŞ-nin İrana yenidən hücumunun "intihar"a bərabər olacağını bildirib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının baş müşaviri bildirib ki, ABŞ artıq İrana qarşı hərbi imkanlarından istifadə edib və yeni hücum cəhdi çarəsizlik aktı olacaq.
Məhəmməd Rza Naqdi İran dövlət televiziyasına açıqlamasında deyib: “Əgər onlar öz hesablamalarına və maraqlarına uyğun hərəkət etsələr, bizə qarşı hərbi hücumları dayandıracaqlar. Yalnız çarəsiz vəziyyətə düşsələr və intihar etmək istəsələr, yenidən hücuma keçə bilərlər”.
“Bu müharibənin ən böyük nailiyyəti Amerikanı supergüc mövqeyindən aşağı salmaq oldu”, – Naqdi bildirib.
O, ABŞ Hərbi Dəniz Qüvvələrinin hərəkətləri ilə bağlı iddialarına hər hansı sübut təqdim etməyib.
Mövsüm,
AzNews.az