- Rusiya və İran
- 13:38
- 728
İran ABŞ-nin Süleymaninin öldürülməsinə görə 48 milyard dollar ödəməli olduğunu bildirib
İran məhkəməsi ABŞ hökumətinin general Qasım Süleymaninin öldürülməsinə görə 48 milyard dollar ödəməsi barədə qərar çıxarıb. İran məhkəmə sisteminin sözçüsü bildirib ki, qərar artıq icra mərhələsinə keçib.
Məhkəmə sisteminin sözçüsü Əli Kazeminin sözlərinə görə, iş üzrə 73 nəfərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Qüvvələrinin komandanı olan Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-nin pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində öldürülüb.
“Bu işin həm mülki, həm də cinayət-hüquqi aspektləri ciddi şəkildə araşdırılır və yekun nəticəyə çatmaq üçün proses davam etdirilir”, – Kazemi bildirib.
Mövsüm,
AzNews.az