- Rusiya və İran
- 15:21
- 674
İranlı general ABŞ-nin yeni müharibəsinin Qırmızı dənizə yayıla biləcəyini deyib
İranın ali liderinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi ABŞ-ın İrana qarşı yeni müharibəyə başlaması halında qarşıdurmanın Qırmızı dəniz və Bab əl-Məndəb boğazına qədər genişlənə biləcəyini bildirib.
“Əgər amerikalılar yenidən müharibəyə başlasalar, özlərini Qırmızı dəniz və Bab əl-Məndəb boğazı mərkəzli yeni cəbhə ilə üz-üzə tapa bilərlər. Onlar özlərinə sual verməlidirlər: bu cəbhədə də döyüşməyə hazırdırlarmı?” - deyə Səfəvi “Defa Press”ə bildirib.
Səfəvi İran və Yəmənin ortaq təhdidlərlə üzləşdiyini və maraqlarının üst-üstə düşdüyünü deyib.
“Biz yəmənliləri dəstəkləyirik, yəmənlilər də İranı dəstəkləyir. Təhdidlər və maraqlar baxımından İran və Yəmənin taleyi ortaqdır. Yəmənə qarşı təhdid İrana qarşı da təhdiddir”, - deyə general bildirib.
O, həmçinin husilərin Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrdən əraziləri geri alacağına ümid etdiyini bildirib. Səfəvi Səudiyyə Ərəbistanını Yəmənin neftlə zəngin ərazilərini işğal etməkdə ittiham edib.
Mövsüm,
AzNews.az