- Rusiya və İran
- 14:56
- 654
İranın İnqilab Keşikçiləri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Yəməndə husilərə ölkənin Qırmızı dəniz sahillərini hökumətyönlü qüvvələrdən ələ keçirməyə kömək edib.
Bu, 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bəri Tehranın husilərə verdiyi ən birbaşa dəstək kimi qiymətləndirilir.
“Associated Press” (AP) 10 rəsmi şəxs və hərbçiyə istinadən xəbər verir ki, SEPAH məsləhətçiləri Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı qüvvələr arasındakı parçalanmadan istifadə edən və 115 kilometrlik məsafəni əhatə edən sürətli hücuma rəhbərlik etməyə kömək ediblər.
Məlumata görə, husilər Milli Müqavimət qüvvələrinin rabitə sisteminə də daxil olublar. Bunun sayəsində onlar hərbi birliklərin hərəkətini izləyib və çaşqınlıq yarada biliblər.
Mövsüm,
AzNews.az