- Dünyanın halı
- 13:46
- 1 342
Yaponiya Ukraynaya dəstəyini davam etdirəcək
Yaponiya Ukraynaya dəstəyini davam etdirəcək.
Bu barədə Yaponiyanın Baş naziri Sanae Takaici BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə bildirib.
“Yaponiya Ukraynanın yanındadır. Biz Ukraynaya dəstək vermək və Rusiyaya qarşı sanksiyaları qoruyub saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətlə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik”, - Takaicinin sözlərini “Bloomberg” agentliyi yayıb.
Bununla yanaşı, Tokio Kiyevə yardım və Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması məsələlərində beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək.
Takaicinin sözlərinə görə, Yaponiya tərəfi Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə yenidən baxmağı da planlaşdırmır.
Mövsüm,
AzNews.az