- Dünyanın halı
- 15:34
- 1 054
Səudiyyə Ərəbistanı zədələnmiş neft kəmərinin işə salınmasına hazırlaşır
Səudiyyə Ərəbistanında sentyabrın 10-da zədələnən “Şərq-Qərb” neft kəmərinin sınaq işə salınmaları həyata keçirilir.
“Bloomberg” bu barədə məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, sınaqlar neft kəmərinin bu həftə istismara verilməsinə hazırlıq məqsədilə keçirilir.
Mənbə əlavə edib ki, Ər-Riyad Qırmızı dənizin sahilində yerləşən Yanbu limanından neft yüklənməsini də həftənin sonuna qədər bərpa etməyə ümid edir.
Mövsüm,
AzNews.az