Zaxarova Zelenskini “ruhi xəstə terrorçu” adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenskinin hərəkətləri onun “ruhi xəstə terrorçu” olduğunu təsdiqləyir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə açıqlama verib.

Diplomat Zelenskinin mülki aviasiya ilə bağlı hədələrini şərh edərkən bildirib ki, Kiyev hakimiyyəti cəmiyyəti qorxutmaq üsullarından istifadə edir. Zaxarovanın sözlərinə görə, bu üsullar terror fəaliyyətinin xarakterik alətlərindən biridir.

O diqqətə çatdırıb ki, bu cür hərəkətlərin məqsədi cəmiyyətdə panika yaratmaq və insanlara təzyiq göstərməkdir.

“Belə ruhi xəstə insanlar az olmayıb ki, öz qəzəb və nifrətlərinin planetin hansısa başqa orbitdə hərəkət etməsinə səbəb olacağını düşünüblər”, - Zaxarova “TASS”a Beynəlxalq Gənclər Festivalının yekunları ilə bağlı müsahibəsində deyib.

Mövsüm,

AzNews.az